İlk öncə qeyd edim ki,bu layihə Qobustan rayonun Cəyirli kəndində Şəhid R.Hüseynov adına ümumi orta məktəbdə icra olunur.Layihənin təlimlərində R.Hüseynov adına Cəyirli kənd ümumi orta məktəbin,A.Quliyev adına Cəyirli kənd tam orta məktəbin,Y.Sadıqov adına ümumi orta məktəbin 3-cü və 4-cü sinif şagirdləri iştirak edirlər.
Layihəmizin əsas mövzusu Tinkercad proqramında 3D modelləşdirmə,qrafik dizayn,animasiyadır.3D modelləşdirmədə hər hansısa bir obyektin kompyuter proqramları vasitəsilə üçölçülü modelini hazırlamaq nəzərdə tutulur.Müasir dövrümüzdə animasiyaların, video oyunların hazırlanmasında, son dövrün müasir texnoloji yeniliklərindən istifadə olunaraq çəkilən kinoların çəkilişində də istifadə olunur. 3D modelləşdirmə çəkilişlərə sərf olunan xərcləri azaldır,kinonun çəkilmə prosesini sürətləndirir və onunla maraqlı effektlər yaradılır.Bina tikintisi zamanı binanın daha mükəmməl tikilməsi üçün binanın öncədən 3D modeli hazırlanaraq sınaqdan keçirilir,dəqiq hesablamalar aparılır və bina daha sonra inşa edilir.Tibb sahəsində də insan orqanlarının rəqəmsal nümunələrini də yaratmaq üçün 3D modelləşdirmədən istifadə olunur.Yüzlərlə insan texnologiyanın bu üstünlüklərindən faydalanır.
Təhsil sahəsində dərslərin keçirilməsində də həmçinin 3D modelləşdirmədən istifadə etməyin çox böyük əhəmiyyəti vardır.Nümunə olaraq riyaziyyat dərsindən fəza fiqurlarının tədrisi zamanı fəza fiqurlarının 3D modeli şəklində şagirdlərə göstərilməsi fiqurun hər tərəfdən baxa biləcəkləri göstərilməsinə bununlada şagirdlərin mövzunu daha asanlıqla qavarmasına kömək olur.Tarix dərsində keçirilən dərsə 3D modelləşdirmənin köməyi ilə oxunulan dərsə virtual səyahət edərək daha yaxşı öyrənə bilərlər.Bu proqramın bütün funksyalarını Tinkercad proqramı vasitəsilə öyrənirik.Bu proqram vasitəsilə şagirdlər 3D modelləşdirməni sadə və asan yolla öyrənə bilərlər.
“Yaradıcı dizaynerlər” layihəsi şagirdlərə ibtidai sinifdən, indinin və gələcəyin daim aktual peşələri olan “dizayner”, “proqramçı” və s. yöndə maraq yaradacaq, bu isə öz potensialımızın müasir standartlara uyğun yetişdirilməsində öz təsirini göstərəcək,növbəti illərdə uğurlu təcrübə kimi digər məktəblərin də ibtidai siniflərində bu dərslərin tədrisinə innovativ yanaşma kimi tətbiq oluna bilər.
“Yaradıcı dizaynerlər” layihəsinin təlimlərində ibtidai sinif şagirdlərimizə Tinkercardda 3D dizayn, proqramlaşdırma və işləmə bacarıqları aşılandı.Onlar irəlidə müxtəlif məzmunlu müsabiqə və yarışlarda daha innovativ layihə məhsulları ilə iştirak edə biləcəklər.21-ci əsrin vacib olan çevik düşünmə və qərar qəbul etmə, böhran vəziyyətində özünü idarəetmə, çətin vəziyyətlərə hazır olma, tənqidi düşünmə, hər bir işlərdə yaradıcı dizayn etmə kimi bacarıqlar isə ömür boyu gərəkli olacaq. Eyni zamanda həmin şəxslər, ehtiyac yarandıqda öz yaxın ətrafına və olduğu cəmiyyətə bu istiqamətdə faydalı ola bilərlər.Təlimlərdə yaradıcı şagirdlərin liderlik, təşkilatçılıq, təşəbbüskarlıq kimi bacarıqları da aşkarlanaraq inkişaf etdirilir.Bu isə innovativ insan kapitalının formalaşdırlılması üçün vacib bacarıqlardır.
Layihənin məqsədlərindən biri də şagirdlərin müəllimin köməyi olmadan 3 ölçülü capı,qrafik dizaynı,animasiyanı hazırlaya bilmələri üçün hər tərəfli şəkildə tətbiq etmə bacarıqlarını formalaşdırmaq,yaradıcı dizaynerlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək,3-4-cü siniflərin ibtidai sinif şagirdlərini 3 ölçülü çap, qrafik dizayn, animasiya sahəsində bilik və bacarıqlarını formalaşdırmaq təkmilləşdirmək və artırmaqdır.
İlk təlimdə şagirdlər Tinkercad və 3D modlləşdirmə ilə tanış oldular və bu mövzularda onların dünyagörüşünü formalaşdırılaraq hal-hazırda bu bacarıqlara dünyada olan böyük tələbat haqqında danışıldı.Şagirdlərimizə bu bacarıqlarınıı bir çox sahələrdə tətbiq edə biləcəklərini və bir çox yöndə daha peşəkar şəkildə işlər görməklərinə təkan verə biləcəyini şagirdlərə çatdırıldı.
3-cü və 4-cü sinif şagirdlərini Yaradıcı dizaynerlər dərnəklərinə cəlb etməklə onlarda dizayn istiqamətində öyrənmə, həyati və dizayn düşüncəsi bacarıqlarını formaşdırmaqla şagirdlərimizin peşəkarlar hazırlığına tövhə verilmiş oldu .Təlimlərimizdə şagirdlərdə müəyyən peşə və ixtisas istiqamətləri üzrə spesifik bacarıqlar formalaşdı.STEAM təlim metodunın məqsədi sadəcə ümumi 21-ci əsr bacarıqlar formalaşdırmaq deyil, həm də şüurlu karyera seçimi və peşəkar mütəxəssis hazırlığına təkan verməkdir.
Şagirdlərin rəqəmsal bacarıqlarının az olması onların İKT bacarıqların sürətlə inkişaf etdiyi zamanda daha bilgili həmyaşıdlarından bir neçə addım geridə qalmasına aəbəb olur. Bu layihənin əsas hədəfi bu probleml aradan aparmaqdır.
İKT bacarıqlarının sürətlə formalaşdığı dünyamızda şagirdlərimizdə bu bacarıqların kiçik yaşlardan formalaşdırılmasına çox ehtiyac var. Şagirdlərdə bu bacarıqlar nə qədər erkən yaşlarda formalaşdırılsa onlar bir o qədər də tez bu bilgiləri mənimsəyəcək və bacarıqlarını da bir o qədər də tez tətbiq edəcəklər. Layihə başa çatdıqdan sonra,Yaradıcı stim,yaradıcı dizayn, 3D dizayn,animasiya dizayn vasitəsi ilə məhsulları proqramlaşdırma kimi təlimlər keçimış, spesifik bacarıqlar formalaşıdrmış şagirdlər yuxarı siniflərə doğru bu bacarıqlarını müxtəlif məqsədli istifadə edə biləcəklər. Bu isə onların maraq dairələrinin aşkarlanmasına, peşə və ixtisas seçimində dəqiq olmalarına kömək olacaq. Onlar öz bilik və bacarıları ilə bacı və qardaşlarına, həmyaşıdılarına mentorluq edə biləcəklər.
Qobustan rayon R.Hüseynov adına Cəyirli kənd ümumi orta məktəbin ibtidai sinif Müəllimi Ələkbərova Gülzarın