Ağstafa şəhər texniki və humanitar təmayüllü liseydə sağlam mənəvi psixoloji iqlimin yaradılması məqsədi ilə qrand layihə çərçivəsində bir çox işlər aparılmışdir.İlk növbədə sinif rəhbərləri və fənn müəllimləri ilə söhbətlər aparılmış,hər sinifdə oxuyan problemli şagirdlər müəyyən edilmişdir.Sonrakı mərhələlərdə həmin problemli şagirdlərin ailələri ilə psixoloji söhbətlər aparılmış,onları narahat edən problemlər araşdırılmış,valıdeynlərə tövsiyyələr verilmiş,çıxış yolları müəyyən edilmişdir.Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki,adətən natamam ailələrin uşaqları arasında problemlər daha çox üstünlük təşkil etmişdir.
Layihə çərçivəsində şagirdlərlə də mütəmadi görüşlər keçrilmiş,şagirdlərin əl işləri və rəsimləri əsasında ailələrin psixoloji fanu müəyyən edilmişdir.Şadird-müəllim münasibətlərinin öyrənilməsi məqsədilə şagirdlər arasında “Məktəb şadirdin gözü ilə”adlı sorğu keçrilmiş,sinif rəhbərləri və fənn müəllimlərinin davranışında psixoloji fəaliyyət elementlərinin olub olmaması müəyyənləşdirilmişdir.Sonra isə müəllimlərə bu haqda məlumat verilmiş və onlar psixoloji maarifləndirilmişlər.
Uşaqda narahatlıq hissi isə qeyri-ixtiyari, şüursuz bir prossesdə ifadə oluna bilər. Uşağın məktəb həyatında, dostluq münasibətlərində problemlər üzə çıxar. Məktəb dostları ilə tez-tez mübahisələr edər, kənardan sakitliyi pozan bir təsəvvür yaradar, diqqəti yayınar, dərslərinə maraq və uğurları azalar. Yuxu rejimi pozular, gecə qorxuları artar, öz otağında yatan uşaq ata-anası ilə yatmaq istəyə bilər. Bu davranışları ilə uşaq qapalı şəkildə ata-anasının mübahisələrinin qarşısını almağa cəhd edər. Bu davranışların əsasında duran əsl narahatlıq isə uşağın özünün varlığı ilə bağlı narahatlıqdır.
Uşaqlar həyatlarını davam etdirmək üçün böyüklərə möhtac olduqlarını bilirlər. Bu şüursuz bir bilim halıdır və təkcə maddi bir həyat narahatlığı deyil. Uşaqlar yaşamaq üçün fiziki qayğı qədər sevgi, ünsiyyət, mənəvi olaraq qorunmağa ehtiyac duyurlar. Ata-ananın davamlı münaqişələrinin uşaqda şüursuz olaraq xəbərdarlıq etdiyi ilk narahatlıq həyat-ölüm narahatlığıdır. Uşaq yuxarıda saydığımız davranışlarla ata-anasını münaqişələrini nəzarət altına almağa çalışaraq əslində öz varlığını qorumağa çalışır.
Son nəticədə problemli şagirdlərin valideynləri ilə korreksiya edici təlimlər aparlımş, valideynlərin psixoloji savadlılığı artırılmş,psixotravmatik vəziyyətlərdə nə cür davranacaqları və psixoloji dözümlülüyün vacibliyi müzakirə edilmişdir.
Ağstafa şəhə THT liseyin psixoloqu N.Sevinc.