• Hər zaman “VİP ACADEMY” ilə birlikdə zirvələrdə ✨️
viplogoviplogoviplogoviplogo
  • Ana səhifə
  • Haqqımızda
    • Pedaqoqlar
  • Kurslar
    • Xarici dil kursları
    • Kompüter kursları
    • Dizayn kursları
    • Magistratura hazırlığı
    • Muhasibatliq kurslari
    • Məktəbəqədər hazırlıq
    • TOEFL/IELTS/SAT
  • Kampaniyalar
  • Qalereya
    • Foto qalereya
    • Video qalereya
  • Əlaqə
  • Haqqımızda
  • Contact
  • Terms of use
Qeydiyyat
✕
            Not found text See all results

            “Yaradıcı dizaynerlər” layihəsi

            • Ana səhifə
            • Xəbərlər
            • “Yaradıcı dizaynerlər” layihəsi
            Ailələrdə uşaqlar arasında intihar halları
            11/11/2022
            Ailədaxili aqressiya və onun nəticələri
            13/12/2022

            Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl Qrant Müsabiqəsində Fərdi layihələr kateqoriyası üzrə qalib olan layihələrdən biri Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə Qobustan rayon R.Hüseynov adına Cəyirli kənd ümumi orta məktəbininin İbtidai sinif müəllimi Ələkbərova Gülzarın “Yaradıcı dizaynerlər” layihəsidir.Layihə Qobustan rayonunun Cəyirli kəndində yerləşən Şəhid R.Hüseynov adına ümumi orta məktəbdə icra olunur.Layihənin təlimlərində R.Hüseynov adına Cəyirli kənd ümumi orta məktəbin,A.Quliyev adına Cəyirli kənd tam orta məktəbin,Y.Sadıqov adına ümumi orta məktəbin 3-cü və 4-cü sinif şagirdləri iştirak edirlər.
            Layihənin əsas mövzusu Tinkercad proqramında 3D modelləşdirmə,qrafik dizayn,animasiyadır.3D modelləşdirmədə hər hansısa bir obyektin kompyuter proqramları vasitəsilə üçölçülü modeli hazırlamaq nəzərdə tutulur.Müasir dövrümüzdə animasiyaların, video oyunların hazırlanmasında, son dövrün müasir texnoloji yeniliklərindən istifadə edilərək çəkilən kinoların çəkilişində də istifadə olunur. 3D modelləşdirmə çəkilişlərə sərf olunan xərcləri azaldır,kinonun çəkilmə prosesini sürətləndirir və onunla maraqlı effektlər yaradılır.Bina tikintisi zamanı binanın daha mükəmməl tikilməsi üçün binanın öncədən 3D modeli hazırlanaraq sınaqdan keçirilir,dəqiq hesablamalar aparılır və bina daha sonra inşa edilir.Tibb sahəsində də insan orqanlarının rəqəmsal nümunələrini də yaratmaq üçün 3D modelləşdirmədən istifadə olunur.Yüzlərlə insan texnologiyanın bu üstünlüklərindən faydalanır.

            Təhsil sahəsində dərslərin keçirilməsində də həmçinin 3D modelləşdirmədən istifadə etməyin çox böyük əhəmiyyəti vardır.Nümunə olaraq riyaziyyat dərsindən fəza fiqurlarının tədrisi zamanı fəza fiqurlarının 3D modeli şəklində şagirdlərə göstərilməsi fiqurun hər tərəfdən baxa biləcəyi şəkildə göstərilməsilə şagirdlərin mövzunu daha asanlıqla qavarmasına kömək olur.Tarix dərsində şagirdlər keçirilən dərsə 3D modelləşdirmənin köməyi ilə oxuduqları mövzunu virtual səyahət edərək daha yaxşı öyrənə bilərlər.Bu proqramın bütün funksyalarını Tinkercad proqramı vasitəsilə öyrənirik.Bu proqram vasitəsilə şagirdlər 3D modelləşdirməni sadə və asan yolla öyrənə bilərlər.

            “Yaradıcı dizaynerlər” layihəsi şagirdlərə ibtidai sinifdən, indinin və gələcəyin daim aktual peşələri olan “dizayner”, “proqramçı” və s. yöndə maraq yaradacaq, bu isə şagirdlərin öz potensiallarının müasir standartlara uyğun yetişdirilməsində öz təsirini göstərəcək,növbəti illərdə uğurlu təcrübə kimi digər məktəblərin də ibtidai siniflərində bu dərslərin tədrisinə innovativ yanaşma kimi tətbiq oluna bilər.
            “Yaradıcı dizaynerlər” layihəsinin təlimlərində ibtidai sinif şagirdlərimizə Tinkercardda 3D dizayn, proqramlaşdırma və işləmə bacarıqları aşılanır.Onlar irəlidə müxtəlif məzmunlu müsabiqə və yarışlarda daha innovativ layihə məhsulları ilə iştirak edə biləcəklər.21-ci əsrin vacib olan çevik düşünmə və qərar qəbul etmə, böhran vəziyyətində özünüidarəetmə, çətin vəziyyətlərə hazır olma, tənqidi düşünmə, hər bir işlərdə yaradıcı dizayn etmə kimi bacarıqlar isə ömür boyu gələcək fəaliyyətlərində şagirdlərimizə gərəkli olacaq.Eyni zamanda həmin şəxslər, ehtiyac yarandıqda öz yaxın ətrafına və olduğu cəmiyyətə bu istiqamətdə faydalı ola bilərlər.Təlimlərdə yaradıcı şagirdlərin liderlik, təşkilatçılıq, təşəbbüskarlıq kimi bacarıqları da aşkarlanaraq inkişaf etdirilir.Bu isə innovativ insan kapitalının formalaşdırlılması üçün vacib bacarıqlardır.
            Layihənin məqsədlərindən biri də şagirdlərin müəllimin köməyi olmadan 3D modelini dizayn etməyi bilmələri üçün hər tərəfli şəkildə tətbiq etmə bacarıqlarını formalaşdırmaq,yaradıcı dizaynerlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək,3-4-cü siniflərin ibtidai sinif şagirdlərini 3 ölçülü çap, qrafik dizayn, animasiya sahəsində bilik və bacarıqlarını formalaşdırmaq, təkmilləşdirmək və artırmaqdır.
            İlk təlimdə şagirdlərimiz Tinkercad və 3D modlləşdirmə ilə tanış oldular və bu mövzularda onların dünyagörüşü formalaşdırılaraq hal-hazırda bu bacarıqlara dünyada olan böyük tələbat haqqında danışıldı.Şagirdlərimizə bu bacarıqlarınıı bir çox sahələrdə tətbiq edə biləcəklərini və bir çox yöndə daha peşəkar şəkildə işlər görməklərinə təkan verə biləcəyi haqda şagirdlər məlumatlandırıldı.
            3-cü və 4-cü sinif şagirdlərini “Yaradıcı dizaynerlər” dərnəklərinə cəlb etməklə onlarda dizayn istiqamətində öyrənmə, həyati və dizayn düşüncəsi bacarıqlarını formaşdırmaqla şagirdlərimizin peşəkarlar hazırlığına tövhə verilmiş oldu .STEAM təlim metodunın məqsədi sadəcə ümumi 21-ci əsr bacarıqlar formalaşdırmaq deyil, həm də şüurlu karyera seçimi və peşəkar mütəxəssis hazırlığına təkan verməkdir.
            Şagirdlərin rəqəmsal bacarıqlarının az olması onların İKT bacarıqların sürətlə inkişaf etdiyi zamanda daha bilgili həmyaşıdlarından bir neçə addım geridə qalmasına səbəb olur. Bu layihənin əsas hədəfi bu probleml aradan aparmaqdır.
            İKT bacarıqlarının sürətlə formalaşdığı dünyamızda şagirdlərimizdə bu bacarıqların kiçik yaşlardan formalaşdırılmasına çox ehtiyac var. Şagirdlərdə bu bacarıqlar nə qədər erkən yaşlarda formalaşdırılsa onlar bir o qədər də tez bu bilgiləri bilməyəcəklər. Layihə başa çatdıqdan sonra,Yaradıcı 3D dizayn,proqramlaşdırma kimi təlimlər keçmış, spesifik bacarıqları formalaşmış şagirdlər yuxarı siniflərə doğru bu bacarıqlarını daha da təkmilləşdirə biləcəklər.Bu isə onların maraq dairələrinin aşkarlanmasına, peşə və ixtisas seçimində dəqiq olmalarına kömək olacaq. Onlar öz bilik və bacarıları ilə bacı və qardaşlarına, həmyaşıdılarına mentorluq edə biləcəklər.

            Share
            0

            Haqqımızda

            • Kurs haqqında
            • Kampaniyalar
            • Xəbərlər
            • Qeydiyyat
            • Əlaqə

            Kurslar

            • Xarici dil kursları
            • Kompüter kursları
            • Dizayn kursları
            • Magistratura hazırlığı
            • TOEFL/IELTS/SAT

            Filiallar

            Azadlıq
            Ünvan: Azadlıq M., Tennis Akademiyasının çıxışı
            Əlaqə: (099) 335 13 13

            İçərişəhər
            Ünvan: Qoşa qala qapısının yanı
            Əlaqə: (055) 335 15 13, (070) 335 13 13

            Ağstafa
            Ünvan: Eyvaz Qələndərli küç. 7
            Əlaqə: (099) 335 15 13

            © 2022 VIP Academy | Site by Unicode
            Qeydiyyat
                      Not found text See all results

                      WhatsApp