Dövlətimizin başçısı İlham Əliyevin təhsilin inkişafı ilə bağlı son sərəncamları məhz bu məqsədə xidmət edir.Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir.Qeyd edək ki, son illərdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Robotika dərsləri gələcək üçün yaxşı bir zəmin yaradır, uşaqlarda elmi və texniki yaradıcılığa maraq oyadır. Məqsədli bir mühəndislik peşəsi seçiminə əhəmiyyətli dərəcədə kömək edirlər.Təhsil qabaqcıl inkişaf hədəflərinə uyğun olmalıdır, başqa sözlə, yalnız keçmişin nailiyyətlərini deyil, gələcəkdə faydalı olacaq texnologiyaların da öyrənilməsini təmin edir. Təhsil robotları bu vəzifələri tam həyata keçirir.məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilib və şagirdlər beynəlxalq robot texnikası yarışlarına cəlb olunublar. Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.Qeyd olunub ki, təcrübəyə əsasən robot texnologiyasından istifadə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir. Şagirdlərin konstruktorlar ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Bu cür dərslərdə şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.Elm və texnologiyalara olan marağı artırmaq və təhsil robotlarından istifadə edərkən yaradıcı, orijinal düşüncə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə şagirdlər üçün beynəlxalq yarışlarda iştirak imkanları yaradılır.Qeyd edək ki, son illərdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir.
Müasir dövrümüzün və gələcəyin peşələrindən sayılan informasiya texnalogiylarına təlabatın artdığı bir dövrdə yaşamaqdayıq.
Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı sahəsində müxtəlif səpkili proqramlar və layihələr həyata keçirilir ki,rayonmuzun (Füzuli) da şagirdləri bu istiqamətdə maraqlıdırlar.Lakin maddi-texniki bazanın bəzi çatışmamazlığı bu sahədə innovasiyaların yaranıb, reallaşmasını məhdudlaşdırır. Buna əsasən müasir, inkişaf etməkdə olan dövrümüz və parlaq gələcəyimiz üçün İKT və robototexnika elmi sahəsinin inkişafı və öyrənilməsi vacib amillərdən biridir. Statistik nəticələrdən məlum olduğu kimi günümüzdə istedadlı uşaqların asudə vaxtlarında ilk marağını cəlb etdiyi məşğuliyyətlərdən biri proqramlaşdırma, robotlar və leqo konstruksiyalarıdır ki, xüsusən rayonmuzda bəzi maddi-texniki dəstək olmaması problemləri nəticəsində, bu sahədə marağı olan şagirdlərdə irəlləyişlə nəticələnə bilmir. Təəsüflər olsun ki, digər fənlərlə müqayisədə İKT sahəsində şagirdlərimizin uğurları, fənn olimpiyadalarında iştirakı sayca az ,nəaliyyətləri isə beynəlxalq göstəricilərdə aşağıdır. Mütəxəsislərə görə, kiçik yaşlarda kodlaşdırmanı öyrənməyə başlayan uşağın alqoritmik təxəyyülü , düşünmə bacarığı inkişaf edir, belə ki, hələ orta məktəb çağlarından şagirdlərə bu texnalogiya aşılansa, qısa bir zamanda bu sahəyə gözə çarpacaq şəkildə həvəs artacaq, nəticələr olacaqdır. Hətta gələcəkdə mütəxəsislərin yetişdirilməsinə şərait yaranacaq. Robotika üzrə yarışlar Uşaqların müstəqil şəkildə yaradıcı düşüncə fəaliyyətini inkişaf etdirməsinə və texniki öyrənməyə marağını qorumağa stimul verməyin vacib cəhətlərindən biri də onların texniki yönümlü müsabiqələrdə, olimpiadalarda, konfranslarda və festivallarda iştirak etməsidir.